SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça"dan "Real Madrid"ə transfer olunan Arda Güler ​​kral klubunda ilk matçını "Milan"a qarşı oynayacaq.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Soccer Champions Tour" çərçivəsində oynanılacaq görüş 24 iyulda baş tutacaq.

Gülər ​​"Real Madrid" forması ilə ilk sınağını İtaliya nəhəngi "Milan"a qarşı verəcək.

Xatırladaq ki, Arda Güler 2019-cu ildən "Fənərbağça"da forma geyinirdi. 2022-2023 mövsümündə "Fənərbağça"nın heyətində bütün turnirlərdə 35 matça çıxan Gülər ​​6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Cari ilin iyulun 6-da o, Madrid "Real"ına transfer olub.

BAKU.WS