SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentinalı ulduz futbolçu Lionel Messi Mayamidəki supermarketdə görüntülənib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, forvardın fotoları sosial şəbəkədə paylaşılıb.

Leo azarkeşlərin foto çəkdirmək istəyini də geri çevirməyib.

Qeyd edək ki, Messi iyunun 7-də PSJ-dən "İnter Mayami"yə keçib.

2022/23 mövsümündə Messi PSJ-nin heyətində 41 oyun keçirib. O, 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS
QALEREYA