SİZİN REKLAM BURADA!
055 213 76 73


"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Serxio Buskets ABŞ-nin "İnter Mayami" klubuna keçib.

BAKU.WS-in xəbərinə görə, bu barədə klub məlumat yayıb.

"Barselona"dakı 18 illik karyerasına son qoyan Serxio Buskets Səudiyyə klublarından gələn təklifləri rədd edib və keçmiş komanda yoldaşı Lionel Messinin yeni klubu "İnter Mayami"yə transfer olub.

Futbolçu ilə müqavilənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, 35 yaşlı Buskets karyerası boyu İspaniyanın "Barselona" klubunda çıxış edib. O, klubda 722 oyun keçirib, 18 qol vurub və 45 məhsuldar ötürmə edib.

Bu klubun heyətində yarımmüdafiəçi doqquz dəfə İspaniya çempionu olub, üç dəfə Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.

BAKU.WS