SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ"dan İsveçin "Dyurqarden" klubuna transfer olunan Azərbaycan millisinin üzvü Musa Qurbanlı yeni klubunun rəsmi saytına ingilis dilində müsahibə verib.

BAKU.WS xəbər verir ki, 21 yaşlı forvard müsahibədə "Dyurqarden"i niyə seçdiyinin səbəbini açıqlayıb.

Qurbanlı bildirib ki, klubun onunla maraqlandığını eşidəndə əvvəlcə araşdırma aparıb:

"Başqa klublardan da maraq var idi. "Dyurqarden"i seçməyimin səbəbi odur ki, bura gələn kimi onların mənə qarşı ciddi münasibətinin, böyük marağın olduğunu gördüm. Digər klubların heç birinin marağı "Dyurqarden" qədər deyildi. Bu amil seçimimdə vacib rol oynadı".

Xatırladaq ki, Musa "Qarabağ"ın heyətində keçirdiyi 61 oyunda 31 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin müsahibəni təqdim edirik:

BAKU.WS
VİDEO