SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq karate turnirində erməni rəqibini məğlub edən Azərbaycan karateçisi Alika Semihova görüşün sonunda uzatdığı ələ şillə ilə qarşılıq alıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, erməni idmançının bu çirkin hərəkəti böyük əks-səda doğurub.

Belə ki, turnirdə ölkəmizi təmsil edən karateçi Alika Semihova erməni rəqibinə qalib gəlib. Nəticələr açıqlandıqdan sonra Semihova rəqibinə əl uzadıb. Lakin erməni idmançı əl sıxmaq əvəzinə gözlənilmədən Semihovanın üzünə şillə vurub.

Erməni idmançının bu aqressiv və çirkin davranışı həm Azərbaycan komandasının məşqçilərinin, həm də tamaşaçıların etirazına səbəb olub. Əsəblərin gərildiyi məqamlarda Semihovanın əsl peşəkar idmançılara məxsus soyuqqanlılığı və dik duruşu diqqət çəkib.

Qarşılaşmadan sonra açıqlama verən Alika Semihova bu sözləri deyib:

“Onun səviyyəsinə düşməmək iradə və dözüm tələb edirdi. Biz millət olaraq hər zaman ləyaqətimizi qoruyur, meydanda hər şeyi sübut edir və bayrağımızı dalğalandıraraq Dövlət Himnimiz səslənən zaman tribunadan onlara baxırıq”.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO