SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan para-taekvondoçusu idman növü üzrə milli komandasının üzvü Xəlilov İmaməddin (70 k1, K44) Fransanın Montarji şəhərində keçirilən Açıq Avropa çempionatında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, milli komandanın digər üzvləri Sabir Zeynalov (58 kg, K44) və Amin Şıxəliyev (63 kq, K44) isə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

BAKU.WS