SİZİN REKLAM BURADA!
055 213 76 73


“Barselona” klubunun prezidenti Joan Laporta “Fənərbağça”nın gənc ulduzu Arda Gülərlə maraqlandıqlarını açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Kataloniya televiziyasında yayımlanan idman proqramında qonaq olarkən danışıb.

Laporta klubun yeni idman direktoru, "Deko" ləqəbli Anderson Luis de Souzanın Arda Gülərin transferini müzakirə etmək üçün keçən həftə İstanbulda olduğunu bildirib.

Məlumata görə, "Fənərbağça” və “Barselona” klubları Arda Gülər transferində prinsipcə razılaşıb. Ancaq hələ də həllini gözləyən detallar var...

Lakin vurğulanıb ki, “Milan” və “Real Madrid” klublarının maraqlandığı gənc futbolçunu almağa ən yaxın namizəd “Barsa”dır.

Qeyd edək ki, A.Gülər bu sezon “Fənər” forması ilə çıxdığı 35 matçda 6 gol, 7 asistlik performans sərgiləyib.

18 yaşlı gənc ulduzun hazırkı bazar dəyəri 15 milyon avro olaraq göstərilir.

BAKU.WS
QALEREYA