SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına namizədliyini geri götürüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Marca" nəşri yazır. 

Ölkənin xarici işlər naziri Feysəl Bin Fərhan Əl Səudın sözlərinə görə, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyi planlaşdıran Səudiyyə Ərəbistanı namizədlikdən imtina edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün dünyaca məşhur futbol əfsanələrini ölkəyə gətirməyi planlaşdırırdı. Hətta ölkədə bu məqsədlə klublar üçün 20 milyard avroluq transfer büdcəsi yaradıldığı da deyilib.

Qeyd edək ki, 2030-cu il dünya çempionatının keçiriləcəyi yer 2024-cü ilin sentyabrında müəyyənləşəcək.

BAKU.WS