SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentinalı ulduz Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi maraqla gözlənilir. PSJ ilə müqaviləsi davam edən argentinalı hücumçunun komandada qalması üçün həm azarkeşlər, həm də rəhbərlik səfərbər olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fethiyədə su altında maraqlı şou hazırlayan azarkeşlər ulduz futbolçuya onun qol sevincinin müşayiəti ilə "Bizimlə qal" mesajını veriblər.

Qeyd edək ki, İkardi bu mövsüm 26 oyunda 23 qol və 8 məhsuldar ötürmə ilə çempionatda böyük rol oynayıb.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS