SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Braziliya milli komandası ilk dəfə olaraq meydana milli bayrağın rənglərindən ibarət ənənəvi formada deyil, qara köynəkdə çıxacaq. 

BAKU.WS xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Nəşr bildirib ki, futbolçular iyunun 17-də Barselonada Qvineya ilə keçiriləcək oyunda meydana qızıl nömrəli qara formada çıxacaqlar.

Bununla da komanda "Real Madrid"in hücumçusu Vinisius Juniora olan irqçilik təzahürlərinə qarşı etirazlarını bildirmiş olacaqlar.

Vinisiusun özünün də 20 nömrəli forma ilə oyunda iştirakı gözlənilir.

Qeyd olunur ki, ilk hissədən sonra futbolçular qara köynəklərini ənənəvi forma ilə dəyişəcəklər.

Xatırladaq ki, mayın 21-də "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior "Valensiya" ilə səfər matçında azarkeşlərin irqçi təhqirlərinə məruz qalıb. 

Matçdan sonra "Real Madrid" İspaniya Baş Prokurorluğuna müraciət edərək Vinisiusa qarşı irqçi təhqirlərin araşdırılmasını tələb edib. Mayın 23-də İspaniya Milli Polisi braziliyalı hücumçuya qarşı irqçi təhqirlər etməkdə ittiham olunan 3 nəfəri saxlayıb.

İspaniya Kral Futbol Federasiyasının Rəqabət Komitəsi komandanın azarkeşləri tərəfindən braziliyalı oyunçuya qarşı irqçi təhqirlərə görə "Valensiya" klubunu 45 min avro cərimələyib.

Daha sonra komitə Vinisiusun qırmızı vərəqəsini ləğv edib.

BAKU.WS