SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının sonuncu turunda, Azərbaycan kubokunun finalındakı matçlarda edilən qayda pozuntuları barədə qərarlar qəbul olunub.

Misli Premyer Liqasının 36-cı turunun “Səbail” – “Şamaxı” oyununda meydan sahiblərinin futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyunu bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilib.

Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyununun əlavə vaxtında “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə klub 4000 manat cərimə edilib.

BAKU.WS