SİZİN REKLAM BURADA!
055 213 76 73


"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci pillədə bitirib.

"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub.

"Ferrari"nin digər sürücüsü Karlos Saynz və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.

***18:19

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci sessiyanın ardından liderliyi ələ keçirib.

***14:46

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.

İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb.

“Haas”dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.

Qeyd edək ki, bu gün "Formula 1"də sıralama turu da təşkil olunacaq.

***12:08

Bakıda keçirlən “Formula-2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ən yaxşı nəticəni “Prema Racing”dən Oliver Birmen göstərib.

***11:21

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, saat 11:05-də “Formula-2”də sərbəst yürüş start götürüb.

Qeyd edək ki, bu gün həmçinin ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.

BAKU.WS
QALEREYA