SİZİN REKLAM BURADA!
055 213 76 73


"Portu" futbolçusu Pepe ilə müqaviləni uzadıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Pepe karyerasına 2004-cü ildə "Porto"da başlayıb, 2007-ci ildə "Real Madrid"ə keçib.

Müdafiəçi 2019-cu ildə "Portu"ya qayıdıb. O, bu klubla 4 dəfə Portuqaliya çempionu olub, 2 dəfə ölkə kubokunu, 1 dəfə Superkubokunu qazanıb.

40 yaşlı futbolçu bu mövsüm 28 oyun keçirib və qol vurmayıb. Müdafiəçi Portuqaliya millisində 133 oyun keçirib.

BAKU.WS