SİZİN REKLAM BURADA!
055 213 76 73


“Fiziyev mükəmməl rəqs partnyoru idi”.

“Report”un məlumatına görə, bunu İngiltərənin paytaxtı Londonda keçirilən “UFC-286” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev üzərində qələbə qazanan ABŞ təmsilçisi Castin Geyci deyib.

O, titul uğrunda mübarizəni davam etdirməkdən şad olduğunu söyləyib. Ancaq Geyci uzun müddət döyüşmək barədə düşünmədiyini də etiraf edib: “Bu döyüşün həyəcanlı olmaması mümkün deyildi. Bundan həzz almaq üçün burada olan tamaşaçılara təşəkkür edirəm. Titul üçün daha bir döyüşə çıxacağam. Amma burada daha uzun müddət qalmayacağam”.

Qeyd edək ki, 3 raundluq döyüşün ardından hakimlərin qərarına əsasən, Castin Geyci qalib elan olunub.

BAKU.WS