SİZİN REKLAM BURADA!
055 213 76 73


"Artıq heç bir təzyiq hiss etmirəm. Yaxşı nəticələr göstərirəm və kimin oğlu olmağımın fərqi yoxdur".

BAKU.WS xəbər verir ki, bunu "report"a müsahibəsində Azərbaycanın güllə atıcısı Ruslan Lunyov deyib.

34 yaşlı idmançı ölkənin bayrağını beynəlxalq arenalarda qaldırdığı üçün qürur duyduğunu söyləyib: "Atam anamın şəxsi məşqçisi idi, indi də mənimlə işləyir. Hər ikisinin fikirləri mənə kömək edir. Bəzən elə yarış olur ki, anam məşqçi kimi gedir, atam isə evdə qalır. Beynəlxalq yarışlarda yeni iştirak edəndə bir az təzyiqlər olurdu. Çünki karyeram alınmasaydı, pis fikirləşəcəkdilər. Amma indi bunun heç bir fərqi yoxdur".

Ruslan Lunyovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

BAKU.WS