SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Braziliya millisinin üzvü 2027-ci ildə futbolla vidalaşmağı planlaşdırır. 31 yaşlı hücumçu həmin vaxta qədər məhz PSJ-nin formasını geyinmək və karyerasını Paris təmsilçisində bitirmək niyyətindədir.

2017-ci ildən PSJ-nin formasını geyinən ulduz futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, sağ dizindən əməliyyat olunan Neymar üçün cari mövsüm başa çatıb.

BAKU.WS