SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya La Liqasının XXV tur oyununda "Atletik" azarkeşləri "Barselona"ya 0:1 hesabı ilə uduzduqları oyunda etiraz aksiyası keçiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə COPE nəşri yazır.

Məlumata görə, azarkeşlər üzərində "mafiya" yazılmış saxta əskinasları meydana atıblar. 

Buna səbəb "Barselona"nın hakimlərə rüşvət verməkdə şübhəli bilinməsidir.

Katalonların baş məşqçisi Xavi etirazla bağlı danışıb.

"Mən həmişə "San Mames" stadionundakı tamaşaçılara hörmətlə yanaşmışam. Onlar da eyni şəkildə. Son oyunda stadiondakı ab-hava məni çox təəccübləndirdi və kədərləndirdi. İnsanların əvvəlcədən nəticə çıxarması çox pisdir", - deyə "Marca" baş məşqçinin sözlərindən sitat gətirib.

Xatırladaq ki, "Barselona"nın sabiq prezidentinin hakimlərə və jurnalistlərə pul verdiyi iddia olunur. Bildirilir ki, o, 2016-2018-ci illərdə İspaniya Hakimlər Komitəsinin vitse-prezidenti Xose Mariya Enriqez Negreiraya məxsus "DASNİL 95 SL" şirkətinə 1,4 milyon avro ödəyib. İddialar təsdiqini taparsa, Kataloniya klubunun La Liqadan aşağı liqaya düşəcəyi və 5 il müddətinə futboldan kənarlaşdırılacağı bildirilib.

BAKU.WS
QALEREYA