SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra ölkədə əfqan qızlar artıq idmanla məşğul ola bilmir. Buna səbəb ölkədə qızların idmanla məşğul olmasına qoyulan qadağadır.

BAKU.WS "Associated Press"ə istinadən xəbər verir ki, idmanla məşğul olmaq istəyən əfqan qızlar bunu gizli şəkildə edirlər.

Qeyd edək ki, "Taliban" hakimiyyətə gəldikdən sonra məktəblər, universitetlər və əksər iş yerləri qadınların üzünə bağlıdır, onların parklarda gəzməsinə, idman zallarına getməsinə icazə verilmir, 70 kilometrdən çox məsafə qət etməyə isə yalnız kişi qohumunun müşayiəti ilə icazə verilir.

İranlı fotoqraf İbrahim Noruzi idmanla məşğul olan bəzi əfqan qızları ilə görüşüb və onların hazırda necə yaşadıqlarını öyrənib. İdmançılar şəkil çəkdirərkən üzlərini gizlətməyə məcbur qalıblar.

BAKU.WS
QALEREYA