SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Galatasaray” klubu İngiltərə Premyer Liqasında, “Aston Villa”da çıxış edən ulduz futbolçu Filipp Koutinho ilə heyətini gücləndirmək istəyir.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

Məlumata görə, “Galatasaray” brazilyalı oyunçuya təklif göndərməyə hazırlaşır.

Bildirilir ki, hazırda “Flamengo” klubu da Koutinhonu transfer etməkdə istəklidir.

Sambaçının karyerası ilə bağlı taleyi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçunun “Aston Villa” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

BAKU.WS
QALEREYA