SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov rusiyalı döyüşçü Fyodor Yemelyanenkonun uşaqlar arasında MMA üzrə yarışların keçirilməsi ilə bağlı ittihamlarına münasibət bildirib. 

BAKU.WS-in məlumçatına görə, Instagram-da öz şəxsi hesabında məsələyə aydınlıq gətirən Zabit Səmədov Çeçenistan Respublikası prezidenti Ramzan Kadırovu müdafiə edib. İdmançı qeyd edib ki, məhz Ramzan Kadırovun uşaqları döyüşlərdə ilk olaraq rinqə çıxıblar.

"Dostlar! Mənim üçün GRAND-PRIX AKHMAT 2016 uşaq döyüşlərinin Rusiyanın MMA İttifaqının Prezidenti Fyodor Yemelyanenko tərəfindən qınaması təəccüblü idi. Heç kimə sirr deyil ki, döyüş sənətlərinin fəlsəfəsi sərt həyat prinsiplərinin formalaşmasına və iradənin güclənməsinə yönəldilib. Uşaqlar üçün bu idman ruhun tərbiyəsi üçün yaxşı imkandır. Yemelyanenko nəzərə almalıdır ki, biz Qafqazın uşaqları haqqında danışırıq. Burada kişilər məhz belə böyüyürlər". 

Qeyd edək ki, Fyodor Yemelyanenkonun son açıqlamalarından sonra ictimaiət iki yerə bölünüb. Bəziləri Fyodoru dəstəkləyib və azyaşlı uşaqların qaydasız döyüşlə məşğul olmasının yolverilməz olduğunu bildirib. 
 
Şahin Həbibov
BAKU.WS