SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" Albaniyanın "Tirana" klubunun cinah müdafiəçisi Redon Xhixhanı transfer etməyə hazırlaşır. 

BAKU.WS xəbər verir ki, 24 yaşlı oyunçu tibbi müayinələrdən keçmək üçün bu gün səhər saatlarında Tirana hava limanından Bakıya yola düşüb.   

Onun tibbi müayinələrdən keçdikdən sonra "köhlən atlar"la müqavilə imzalayacağı bildirilir.  

Qeyd edək ki, Redon Xhixha son olaraq ötən ilin iyul ayında Albaniyanın "Laçi" klubundan "Tirana" klubuna 300 min avro qarşılığında transfer olunub. Onunla Macarıstanın məşhur "Ferentsvaroş" klubu maraqlansa da futbolçu seçimini Ağdam təmsilçisinin lehinə edib.  

Banu Hüseynli
BAKU.WS
VİDEO