SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyanın futbol üzrə millisinin hücumçusu Rahim Sterlinq Londondakı evinin qarət edilməsi səbəbindən Qətərdə keçirilən dünya çempionatını yarımçıq qoyaraq ailəsinin yanına qayıdıb.

Bu barədə Britaniyanın “Daily Telegraph” qəzetinin müxbiri Mett Lou məlumat verib.

İngiltərə millisinin mətbuat xidməti dünya çempionatının 1/8 final mərhələsinin seneqallılara qarşı oyunu öncəsi 27 yaşlı Sterlinqin ailə səbəbi ilə oyunda iştirak etməyəcəyini bildirib.

Cari dünya çempionatında futbolçu bir qol vurub.

“Londondakı evində oğurluğun qurbanı olan Sterlinq İngiltərəyə, ailəsinin yanına qayıtmağa qərar verib. Oğurluq şənbə günü axşam saatlarında baş verib”, - Lou bildirib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə - Seneqal matçı başa çatıb. Qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan İngiltərə yığması 1/4 finala yüksələn ikinci komanda olub. Onlar bu raundda Fransa ilə qarşılaşacaqlar.//report

BAKU.WS