Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

27
noy
2022
21:21
"Göztepe" və "Altay" komandaları arasında keçirilən Türkiyə 1-ci Liqasının XV tur oyunu yarımçıq dayandırılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, buna stadionda baş verən hadisələr səbəb olub.
Qarşılaşmada meydana girən azarkeş "Altay"ın qapıçısı Ozan Evrim Özençi əlindəki çubuqla vurub. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb.
Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki tərəfdar ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...
