SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Futzal üzrə Dünya çempionatında iştirak edən millimizin qapıçısı Rövşən Hüseynli İran yığması ilə keçirilən qarşılaşmada nümunəvi addım atıb.
 
BAKU.WS xəbər verir ki, oyunun gedişində topu qapıçıya gec qaytaran topdaşıyan oğlana əsəbləşən və onu acılayan qapıçımız daha sonra ona yaxınlaşaraq üzrxahlıq edib və onun könlünü alıb.

Qeyd edim ki, oyun keyfiyyətlərinə görə də diqqət mərkəzində olan Rövşən Hüseynli Dünya çempionatında 43 qurtarış etməklə bu göstəriciyə görə 3-cü pillədə qərarlaşıb.
 
Azər Məmmədov