SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Braziliyada keçirilən voleybol üzrə dünya çempionatında qalmaqal baş verib.
 
BAKU.WS-in məlumatına görə, İranın "Paykah" komandasının oyunçusu Rza Safaei bir ofisiant qıza sataşdığı üçün turnirdən uzaqlaşdırılıb. Oktyabr ayının son günü oynanan matçlarla sona çatan Klublar Çempionatında belə bir hadisənin baş verdiyi sonradan məlum olub. 

Oyunçu ofisiant qıza komandaların yerləşdiyi oteldə seksual hərəkətlər edərək sataşıb. Liftin müşahidə kamerasının qeydə aldığı hadisədən sonra çempionatın təşkilatçıları yekun qərar verib. 

Qeyd edək ki, Braziliyada keçirilən voleybol üzrə dünya çempionatını "Sada Kruzeyro Vole" klubu qazanıb. "Paykah" komandası isə turniri 4-cü sırada tamamlayıb. 
 
BAKU.WS