VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu başa çatıb.

Turnirin ilk matçında meydan sahibi Qətərlə Ekvador qarşılaşıb.

A qrupu çərçivəsində keçirilən oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər iki qolu Enner Valensiya vurub. Hücumçu 16 və 31-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, A qrupunun digər matçı sabah keçiriləcək. Seneqal Niderlandla qarşılaşacaq.

***20:36

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda 2-ci qol vurulub.

Cənubi Amerika təmsilçisindən Enner Valensiya 31-ci dəqiqədə dubl edib.

***20:23

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab açılıb. 

Qarşılaşmanın 16-cı dəqiqəsində Ekvador hesabı açıb. 

Meydan sahibi Qətərin qapıçısı Əl Şib Enner Valensiyaya qarşı cərimə meydançasında kobud oynayıb.

İtaliya hakim Daiel Orsato penalti təyin edib. Zərərçəkən özü 11 metrlik nöqtədən dəqiq oynayıb. 

Hazırda Ekvador qalib gəlir - 1:0.

***20:03

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu start götürüb.

Mundialın ilk matçında ev sahibi Qətər yığması ilə Ekvador üz-üzə gəlir.

A qrupu çərçivəsində keçirilən görüş günün yeganə qarşılaşması olacaq.

***19:55

Qətərdə ev sahibləri ilə Ekvador arasında keçiriləcək dünya çempionatının açılış oyunu üçün start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, "report"un FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli

Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya

Qeyd edək ki, "El-Bayt" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

BAKU.WS