SİZİN REKLAM BURADA!
055 213 76 73


Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başa çatıb.

Görüş milli komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramil Şeydayev fərqləniblər.

Bu, millimizin ardıcıl 5 oyunda 5-ci qələbəsidir.

***18:45

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda növbəti qol olub.

Millimiz üçüncü qolu vurub.

Ramil Şeydayev 89-cu dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edib.

***18:22

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda 3-cü qol vurulub.

Musa Qurbanlı 65-ci dəqiqədə fərqlənərək, yığmanı hesabda önə keçirib.

***18:04

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda 2-ci hissə başlayıb.

İlk hissədən sonra qarşılaşmada hesab bərabərdir - 1:1.


***17:47

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Qeyd edək ki, “Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb. 25-ci dəqiqədə penaltidən fərqlənən Enis Bardi meydan sahiblərini önə çıxarıb. 38-ci dəqiqədə Elvin Cəfərquliyev dəqiq zərbə ilə tarazlığı bərpa edib.

BAKU.WS