SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdamın "Qarabağ" klubu "Sent Etyen"ə keçən seneqallı hücumçusu İbrahima Vadji ilə bağlı rəsmi məlumat yayıb.

BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsinə məlumat yerləşdirilib:

"Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu İbrahima Vadji Fransanın "Sent Etyen" klubuna transfer olub.

Ötən mövsüm komandamıza transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!"

BAKU.WS