SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" klubunun adı daha bir hücumçu ilə hallanıb.

BAKU.WS-in məlumatına görə, Moldovanın "Şerif" klubunun qvineyalı mərkəz hücumçusu Momo Yansanenin "Qarabağ"ın maraq dairəsinə düşdüyü deyilir. Yerli mətbuatın yazdığına görə, 25 yaşlı futbolçu ilə maraqlanan çoxsaylı klubların arasında təmsilçimizin də adı var.

Qeyd edək ki, hazırda müqavilə ilə Moldovanın "Şerif" klubuna məxsus olan Momo Yansane karyerası ərzində Qvineyanın "Hafii", Mərakeşin "FUS", Belarusun "İsloç", Malinin "Blek Starz" və Rusiyanın "Nijniy Novqorod" klublarının formasını geyinib. "İsloç"un heyətində 11 qol vuran Yansane sonradan Rusiya 1-ci liqasında çıxış edən "Nijniy Novqorod" klubuna icarə əsasında keçib. O, klubun forması altında meydana çıxdığı 16 oyunda 6 qol vuraraq Rusiya təmsilçisinin Premyer Liqaya vəsiqə qazanmasında böyük pay sahibi olub.

"Şerif"in forması altında isə 11 qola imza atıb. Momo 2021-ci Afrika Millətlər Liqasında çıxış edən Qvineya yığmasına dəvət alıb. O, Mali və Namibiya komandaları ilə oyunlarında meydana çıxmayaraq ehtiyyat oyunçular skanmaysında oturub.

Bir neçə gün əvvəl futbolçunun icarə əsasında Türkiyənin "Hatayspor" klubuna keçəcəyi xəbəri yayılmışdı. Almaniyanın nüfuzlu transfermarket portalının 1 milyon 200 min avro qiymət qoyduğu Momonun 800 min avro qarşılığında "Hayatspor"a icarə əsasında keçdiyi bildirilsə də sonradan bu xəbər təsdiqini tapmamışdı.

Xatırladaq ki, hazırda "Qarabağ"ın heyətində 4 hücumçu var. Bunlar İbrahima Vadji, Kvabena Ovusu, Ramil Şeydayev və Musa Qurbanlıdır. Mövsümün əvvəlində daha bir hücumçu Rüstəm Əhmədzadə "Zirə" klubuna icarəyə verilmişdi. Musa Qurbanlının da yaxın günlərdə oyun praktikası qazanması üçün "Şamaxı" klubuna eyni senari ilə keçəcəyi deyilir. Momonun transfer söz-səhbətinin nə qədər əsaslı olub-olmadığı məsələsinə isə yaxın günlərdə aydınlıq gələcək. 

BAKU.WS