VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Turun sonuncu oyununda “Neftçi” “Kəpəz”i qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Neftçi” xallarının sayını 6-ya çatdırıb. Hər iki matçda uduzan “Kəpəz” isə xalsız qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib.

Turun əvvəlki oyunlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

BAKU.WS
VİDEO