13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

"Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının I tur oyununda zədələnən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun burnu sınıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.

Rumıniyalı mütəxəssis bildirib ki, 33 yaşlı qolkperin durumuna müayinədən sonra aydınlıq gələcək: "Oyundan sonra onu gördüm. Burnu şişmişdi. İlkin təəssürat odur ki, sınıb. Çünki yaxşı görünmürdü".

Qeyd edək ki, Aqil Məmmədov 63-cü dəqiqədə komanda yoldaşı ilə toqquşmadan sonra zədələnərək, Əlirza Müştəbazadə ilə əvəzlənib.

BAKU.WS