SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Brüs Li haqqında çoxlarının hələ də bilmədiyi həqiqətlər var.
 
BAKU.WS əfsanəvi idmançı haqqında bilinməyən 10 gerçəyi təqdim edir:
 
1- Brüs Linin filmlərdə bir çox döyüş səhnəsinin daha təsir edici olması üçün çox çalışılıb. Belə ki, orta hesabla normal bir çəkilişdə saniyədə 24 şəkil çəkilirdi. Lakin Brüs Li o qədər sürətli idi ki, çəkilişlərdə saniyədə 34 şəkil çəkmək məcburiyyətində qalınırdı.
 
2- O qədər sürətli hərəkət edirdi ki, bir insan əlini bağlayana qədər əlindən bir qəpiyi götürüb yerinə başqa bir pul qoyurdu. 

3- Brüs Linin ailəsi ilə Honq Konqda yaşayırdı, lakin atası onu San Fransiskoya göndərmək məcburiyyətində qalıb. Çünki Brüs tez-tez polislərə düşürdü. Hər dəfə dalaşır və əsla döyüşdən qaçmırdı. Televiziyada məhşurlaşmadan əvvəl o, Honq Konq küçələrində kifayət qədər məşhurlaşmışdı. 

4- Brüs Amerikada ətrafına şagirdlər toplamış, insan ayrı-seçkiliyi etmədən ağ, zənci, şərqli hər kəsə "kunq-fu" öyrədirdi. Bunun nəticəsində ətrafdakı bir çox karate və tekvando məktəbi şagirdlərini itirməyə başladı və öz stillərini şagirdlərinə qəbul etdirmək üçün Brüs Liyə meydan oxudular. Nəticələri təxmin etmək mümkündür. Brüs bir çox döyüş sənəti müəllimini döydü. Eyni zamanda, çinlilər "kunq-fu" texnikasını öz vətəndaşları olmayan şəxslərə öyrədilməsinə qarşı idilər. Brüsun bu texnikaları xaricilərə öyrətdiyini öyrəndikdən sonra, çinlilər ən yaxşı döyüşçülərindən bir qrupunu onun üzərinə göndəriblər. Ancaq buna baxmayaraq Brüs Li Çin "Kung Fu"sunun ən güclü nümayəndələrini də məğlub edərək bir dəfə daha özünü isbat edib.

5- Normal bir insanın iki qolu ilə etdiyi jim hərəkətini tək qolu ilə, hətta yalnız işarə və baş barmaqlarını istifadə edərək edə bilirdi.
 

 

6- 1970-ci ildə Brüs Li məşq edərkən belini ciddi şəkildə zədələyir. Həkimlər bir daha idman edə bilməyəcəyini və etmək istəsə bunun çox təhlükəli olacağını söyləyib. Lakin o, həyatını həsr etdiyi idmana hər şeyini riskə gedərək davam etdi. Nəticədə möcüzəvi bir şəkildə tam olaraq sağaldı və həmin ildən sonra 5 filmə daha çəkildi.

7- "V"oturuşu adı verilən hərəkəti normal insanların bir saniyə belə etməsi çox çətindir. Brüs həmin hərəkəti yarım saat boyunca edə bilirdi.
 

 

8- Bir təpiyi ilə 130 kiloluq bir qum torbasını uçurub tavana çırpa bilirdi. Brüs tez-tez əsəblərini bu qum torbalarından alırdı. Belə ki, bir dəfəsində 60 kiloluq bir torbanı təpik ilə darmadağın edib.  

9- Brüs Li gündəlik təkrarlanan bir məşqində (hərəkətlərin adları ingilis dilindədir, amma hərəkətləri aşağıdakı videoda izləyə bilərsiniz); 360 waist twists, 100 sit-up twists, 100 leg raises, 200 leaning twists, 200 frog kicks, 2000 təpik və 5000 yumruq atırdı. Bunlar yalnız gerçək məşqinə başlamadan etdiyi sadə məşq hərəkətləri idi.  


10- Brüs 2,5 sm məsafədən atdığı yumruqla rəqibini 4,5 metr kənara tullaya bilirdi. 
 
BAKU.WS