SİZİN REKLAM BURADA!
055 213 76 73


"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.

Beləliklə, Maks Ferstappen ilk dəfə Bakıdakı yarışda qalib adını qazanıb. Ötən il onun komanda yoldaşı Serxio Peres finişə birinci çatdığı üçün "Red Bull" ardıcıl ikinci dəfə Bakıdakı yarışda qalib olub.

"Ferrari"dən Şarl Lekler və Karlos Sayns, "Haas"dan pilotu Kevin Maqnussen, "Alfa Romeo"nun üzvü Çjou Quanyuy və "Aston Martin"dən Lans Stroll yarışı sonadək davam etdirə bilməyib.

BAKU.WS
QALEREYA