SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub.

BAKU.WS xəbər verir ki, bu il Azərbaycan çempionu "Qarabağ" klubu olub.

"Qarabağ"ın çempion olması kluba ölkəmizi UEFA Çempionlar Liqasında təmsil hüququ verib.

Qurban Qurbanovun yetirmələri ÇL-in I təsnifat mərhələsində 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Ölkə çempionu Ermənistan təmsilçisi ilə görüşə bilməz. Burada qalib son turda bəlli olacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
"Qarabağ" (Azərbaycan)
“Malmö” (İsveç)
"Lüdoqorets" (Bolqarıstan)
"Şerif" (Moldova)
ÇFR (Rumıniya)
"Budye Qlimt" (Norveç)
"Ferentsvaroş" (Macarıstan)
“Slovan" (Bratislava, Slovakiya)
HIK (Finlandiya)
TNS (Uels)
"Jalgiris" (Litva)
“Linkoln” (Cəbəllütariq)
"Şemrok Rovers" (İrlandiya)
"Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər

"Zrinski" (Bosniya və Herseqovina)
"Lex" (Poznan, Polşa)
"Şaxtyor" (Soliqorsk, Belarus)
"Sutyeska" (Monteneqro)
"Klasksvik" (Farer adaları)
"Hibernians" (Malta)
"Tobol" (Qazaxıstan)
"Şkupi" (Şimali Makedoniya)
RFŞ (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Tirana" (Albaniya)
"Balikani" (Kosovo)
“Linfild” (Şimali İrlandiya)
İlkin mərhələnin qalibi
Ermənistan çempionu

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.

BAKU.WS