SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir səlahiyyət müddətinin bitməsinə 1 il qalmış istefa verib.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin idman departamentinin rəhbəri Mehmet Arslan özünün tviter səhifəsində paylaşım edib.

Qeyd edək ki, Nihat Özdemir 2019-cu ilin iyununda TFF prezidenti seçilib. Həmçinin TFF seçkiləri 2023-cü ilin iyununda keçiriləcəyi deyilmişdi.

BAKU.WS