SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ay BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək karate millimizin tərkibi müəyyənləşib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 15-21 noyabr tarixlərində Asiya ölkəsində keçiriləcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

Bu idmançılar arasında ötən ay fərdi məşq zamanı sol ayaq nahiyəsində sınıq və çat aşkarlanmış Rafael Ağayev də var. O, altıncı dəfə dünya çempionu olmaq üçün mübarizə aparacaq.

Kumite (kişilər): Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (+84 kq)

Kumite (qadınlar): Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)

Kişi kumite komandası: Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Tural Ələkbərli, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov

Qadın kumite komandası: Nuranə Əliyeva, Fəridə Əliyeva, İlahə Qasımova, İrina Zaretskaya

Kata: Roman Heydərov

Kişi kata komandası: Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev

BAKU.WS