SİZİN REKLAM BURADA!
055 213 76 73


19-23 mayda Xorvatiyanın Poreç şəhərində keçiriləcək karate üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız bilinib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, həmişə olduğu kimi, millimiz bu yarışda geniş tərkibdə təmsil olunacaq.

Yalnız Azərbaycan qadınlardan ibarət kumite üzrə komanda yarışlarında iştirak etməyəcək. Ümumilikdə 20 idmançı yarışda Azərbaycan adına tatamiyə çıxacaq.

Qadınlar: Neda Rezei (fərdi)

Kişilər: Roman Heydərov (fərdi), Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev (komanda)

Kumite

Qadınlar: Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)

Nuranə Əliyeva, Fəridə Əliyeva, İlahə Qasımova, İrina Zaretskaya (komanda)

Kişilər: Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (+84 kq)

Pənah Abdullayev, Rafael Ağayev, Asiman Qurbanlı, Turqut Həsənov, Rafiz Həsənov, Əli Cəfərov, Ayxan Mamayev (komanda)

Qeyd edək ki, Avropa çempionatı həm də parakarateçilər arasında keçiriləcək. Bu yarışda Azərbaycanı Sahib Əhədov təmsil edəcək.

BAKU.WS