SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qarapapaq” peşəkar boks gecəsi keçirilib.

BAKU.WS "Oxu.Az"a verilən xəbərə görə, tədbirin əvvəlində şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Gecədə Azərbaycan idman ictimaiyyətinin tanınmış simaları, olimpiya və dünya çempionları, ictimai və siyasi xadimlər, həmçinin biznes dünyasının tanınmış simaları iştirak edib.

Tanınmış şoumen Şəhriyar Əbilovun aparıcılıq etdiyi tədbirdə ilk olaraq açılış sözü ilə “Qarapapaq Fight Club & Promotion”ın prezidenti Aqil Acalov çıxış edib. O əldə olunan zəfərin səbəbkarlarını yad edib və xalq olaraq istər şəhid, istər qazi, istərsə də Vətən Müharibəsinin digər iştirakçılarına bu gün çox şey borclu olduğumuzu vurğulayıb. A.Acalov klubun təkcə peşəkar boks yarışlarının deyil, o cümlədən, MMA, ciu-citsu, kikboksinq növlərində də bir sıra turnirlərin təşkilini nəzərdə tutmasından, həmçinin bu turnirlərin yalnız ölkəmizdə deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Azərbaycan Peşəkar Boks Federasiyasının I vitse-prezidenti, müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu Fərhad Acalov qalib ölkənin vətəndaşları olaraq xalqımızı hər zaman bütün sahələrdə hamıdan güclü olmaq üçün mübarizə aparmaqda israrlı olmağa səsləyib və bu səbəbdən peşəkar boks üzrə dünya çempionları yetişdirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.

Bakı İdman Sarayında baş tutmuş turnirdə orta və ağır çəki dərəcələrində 14 peşəkar boksçunun iştirakı ilə ümumilikdə 7 döyüş keçirilib. Qaliblərə pul və və digər qiymətli hədiyyələr təqdim olunub. Həmin döyüşlərin və idmançıların siyahısı aşağıdakı kimidir:

1. Mustafazadə Ağasəlim – Bəbirov Əzrək

Bəbirov Əzrək hakimlərin yekdil qərarı ilə qalib gəldi

2. Nicat Məhərrəmov – Kazımov Kənan

Kazımov Kənan hakimlərin yekdil qərarı ilə qalib gəldi

3. Babayev Ramazan – Abdullayev Nihat

Abdullayev Nihat texniki nokaut ilə qalib gəldi

4. Qurbanov Xanbala – Məmmədov Ruslan

Məmmədov Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəldi

5. Şəmiyev Zabeh – Ağayev Rauf

Ağayev Rauf hakimlərin yekdil qərarı ilə qalib gəldi

6. Camaluddinov Azedullah – Tarverdi Fuad

Tarverdi Fuad hakimlərin yekdil qərarı ilə qalib gəldi

7. Heydərov Pərvin – Həsənov Nicat

Döyüş heç-heçə başa çatdı.

BAKU.WS
QALEREYA