SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşa "Legiya"sı komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı Varşava təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, veteran forvarda qarşı hüquqi addımlar atılacaq. Bundan əlavə, bəyanatda bəzi oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri ilə təkzib olunub.

Xatırladaq ki, Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.

BAKU.WS