SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşa mətbuatı yay fasiləsində "Ekstraklasa"ya (Polşa çempionatı) keçən futbolçuların çıxışını dəyərləndirib.

BAKU.WS "Apasport"a istinadən xəbər verir ki, yerli KİV bir neçə oyunçunu fərqləndirib ki, onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

“Qarabağ”dan “Legiya”ya keçən və komandanın Avropa Liqasının qrupuna düşməsində böyük rol oynayan 24 yaşlı forvard bu yay Polşa çempionatına üz tutan ən yaxşı futbolçular sırasında göstərilib. Mahirlə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşek (“Visla”) də Polşa çempionatının bəzəyi sayılır.

Polşalılar hesab edir ki, adıçəkilən oyunçulardan bəziləri bu ölkədə çox qalmayacaq. Xüsusən də, Kovaçeviç və Emrelinin daha böyük çempionata yüksək məbləğə keçəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 2+1 illik müqavilə bağlayıb.

BAKU.WS