SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub.

BAKU.WS xəbər verir ki, həlledici mərhələdə rəqibi Rusiya təmsilçisi Ramazan Abdulayevi məğlub edən cüdoçumuz nüfuzlu yarışın qızıl medalını qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

BAKU.WS