SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

BAKU.WS xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Püşkatma ümumilikdə 32 komandanın iştirakı ilə keçirilib. Onlardan 12-si qrup mərhələsinə avtomatik qatılanlar, 10-u Avropa Liqasının pley-off mərhələsinin qalibləri, 10-u Çempionlar Liqasının pley-off və III təsnifat mərhələsində uduzanlardan ibarətdir.

Komandalar 8 bərabər qrupa bölünüblər. Türkiyə təmsilçilərindən "Fənərbağça" 3-cü, "Qalatasaray" 4-cü səbətdə yer alıb. Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı da sonuncu səbətə düşüb.

Qeyd edək ki, oyunlar 16 sentyabr, 30 sentyabr, 21 oktyabr, 4 noyabr, 25 noyabr və 9 dekabrda olacaq.

BAKU.WS