SİZİN REKLAM BURADA!
055 213 76 73


"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vururaq, əsas mərhələyə vəsiqə qazanıb. Qrupda ilk sıranı isə Finlandiyanın “Kampuksen Dinamo” klubu tutub.

Çempionlar Liqası

F qrupu, III tur

20:00. "Araz-Naxçıvan" - "Raba" (Latviya) - 8:4

Qollar: Maneka, 00"24"; 32"20". Pereyra Qonçalves Dos Santos, 18"16". Xətai Bağırov, 22"30"; 32"40" İsa Atayev, 23"33". Ramiz Çovdarov, 26"00" (penalti); 29"37" - Aleksandrs Kulesovs, 11"29". Marks Boqdanovs, 15"03". Dmitris Yakovlevs, 20"54". Artur Strajdins, 29"23

Qırmızı vərəqə: Sabara, 25"59" ("Raba"), Xətai Bağırov, 39"36" ("Araz Naxçıvan")

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda qrupdakı ilk görüşündə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4.

BAKU.WS