AEL - "Qarabağ" oyununda TƏXRİBAT, yunanlar qeyri-etik hərəkətlərə əl atdı

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanıb.
BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, “AEK Arena”ya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıb.
Oyunboyu “Qarabağ”ın texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirən fanatlar 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra bunu daha da artırıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.
Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb.
Kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim tərəfindən dayandırılan matç bir neçə dəqiqə sonra davam edib.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" bərabərlik qolunu vurdu - YENİLƏNİB/ VİDEO
Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib. BAKU.WS xəbər verir ki...