SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, sabahkı görüş barədə daha çox düşünmək lazımdır: "Futbolçular isə daha peşəkar davranmalıdırlar. Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik. Ümid edirəm ki, onlar oyuna hazırdır".

Yeni transferlərdən də danışan Qurbanov Riçard Almeydanın daha hazır olduğunu söyləyib: "O, Qasparla müqayisədə daha yaxşı vəziyyətdədir. İkincinin hazır olmaq üçün daha bir həftə vaxtı var. Məşqçilər və həkimlərlə məsləhətləşirik. Hər şey yaxşı olsa, bir neçə dəqiqə oynayacaq".

Qeyd edək ki, AEL - "Qarabağ" görüşü avqustun 5-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

BAKU.WS