Hakan Çalhanoğlu rəsmən bu klubda - FOTO

Hakan Çalhanoğlu rəsmən bu klubda - FOTO
İdman 208

“Milan”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun karyerasını “İnter”də davam etdirəcəyi təsdiqlənib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə A Seriyasının son çempionu olan klub tərəfindən rəsmi məlumat yayılıb.

27 yaşlı türkiyəli oyunçunun “Milan”la müqaviləsi bu ayın sonunda başa çatır. O, azad agent kimi son İtaliya çempionunun heyətinə qatılacaq.

Çalhanoğlu ilə yeni klubu arasında üç illik müqavilə bağlanıb. Futbolçunun məvacibi isə ildə 5 milyon avro, üstəgəl 1 milyon avro bonus təşkil edəcək.

Oxşar xəbərlər

Son xəbərlər