SİZİN REKLAM BURADA!
055 213 76 73


Niderland yığması Avstriya kollektivinə 2:0 hesabı ilə qalib gəlib. 

***23:31

AVRO-2020-nin növbəti oyunu Amsterdamın Yohan Kroyf adına stadionunda baş tutub.

BAKU.WS xəbər verir ki, artıq oyunun 11-ci dəqiqəsində hesab açılıb. Belə ki, Niderland Denzel Dumfrisə qarşı edilən kobudluğa görə təyin olunan penaltidən hesabı açıb.

Komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb:

Niderland (5-3-2): Stekelenburq, Dumfris, De Vrey, De Lixt, Blind, van Aanholt, De Roon, Veynaldum (kapitan), Frank de Yonq, Veqhorst, Depay

Avstriya (4-4-2): Baxman, Ulmer, Hintereqer, Draqoviç, Layner, Alaba (kapitan), Laymer, Ksavyer Şlaqer, Baumqartner, Zabitser, Qreqoriç

BAKU.WS