VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.

*** 16:09 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.

Klubdan "Report"a verilən məlumata görə, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb. Amma bunun koronavirusla bağlı olmadığı bildirilib.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər.

Qeyd edək ki, "Qarabağ"ı "Səbail"lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.

BAKU.WS