Zaqatalada acınacaqlı DURUM - Ağaclar məhv olur
25
avq
2025
10:18
Zaqatalanın Maqov kəndində qorxunc mənzərə müşahidə edilib.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, Ağ Amerika kəpənəyinin tırtılları (qurdlar) kənd əhalisinə məxsus ağaclara və meşəlik ərazilərdəki yaşıllığa ciddi ziyan vurub.
Məlumata görə, bu həşəratların sürətli çoxalması nəticəsində ağacların yarpaqları tamamilə məhv olur. Artıq təkcə Maqov deyil, digər kəndlərdə də oxşar vəziyyət qeydə alınıb.
Sakinlər bildirir ki, vaxtında mübarizə aparılmasa, kənd təsərrüfatına və meşə fonduna böyük ziyan dəyəcək.
Oxşar xəbərlər
Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər
Bakıda yolların təmiri zamanı ayrı-ayrı küçə və prospektlərin tam və ya qismən bağlanması sürücülər üçün əlavə çətinliklər yaradır. BAKU.WS-in məlumatına görə,...