"Zamanında Şəfiqə Məmmədova mənə yiyə durdu" - Aydın Kazımzadə aktyorlardan niyə üzr istədi?

Zamanında Şəfiqə Məmmədova mənə yiyə durdu - Aydın Kazımzadə aktyorlardan niyə üzr istədi?
Video
Sosial 45

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı Əməkdar incəsənət xadimi Aydın Kazımzadə olub.

O, aktyor və rejissorlarla olan münasibətindən söz açıb.

Aydın Kazımzadə bildirib ki, aktyorlara böyük hörmət bəsləsə də, daha çox rejissorlarla dostluq edib. Bunun səbəbini aktyorlarla iş prosesində daha az bir araya gəlməsi ilə izah edib.

Əməkdar incəsənət xadimi, həmçinin Şəfiqə Məmmədovanın ona göstərdiyi mənəvi dəstəkdən bəhs edib və sənətkarın həm insan, həm də aktrisa kimi böyük hörmətə layiq olduğunu qeyd edib: "Zamanında dövrümüzün böyük sənətkarı - Şəfiqə Məmmədova mənə yiyə durdu. İşlərimə, kitablarıma baxdı, mənə dəstək oldu. Ona böyük hörmətim var".

Aydın Kazımzadə "Azərbaycanın kino tarixində ən önəmli dövr hansıdır?" sualını isə belə cavablandırıb:

"Kino, teatr, musiqi, rəssamlıq və ədəbiyyat eyni dövrdə - 60-cı illərin sonlarında sürətlə inkişaf etdi. Həmin illərdə çox dəyərli filmlər çəkildi və bu yüksəliş 80-ci illərin əvvəllərinə qədər davam etdi. Daha sonra isə kinoda durğunluq dövrü başladı və bu proses indiyə qədər davam edir. Təəssüf ki, hazırda Azərbaycan kinosunun inkişaf səviyyəsi daha da aşağı düşüb".

Son xəbərlər